Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 06:17

Bakının qurtuluşundan 102 il keçir


Qafqaz İslam Ordusu Bakıda, 1918-ci il

Bu gün, sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 102 il ötür.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın komandanı olduğu Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını işğaldan azad edib. Həmin vaxt Bakıda Sentrokaspi Diktaturası mövcud olub. Cəmi 45 gün sürən bu hakimiyyətin, əsasən, daşnak və menşeviklərdən ibarət olduğu bildirilir. Sentyabrın 15-də azad olmaqla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına dönüb.

Buna qədər 1918-ci il mayın 28-də elan edilən Xalq Cümhuriyyətinin paytaxtı Gəncə idi. Şəhər azad edildikdən cəmi iki gün sonra -sentyabrın 17-də Cümhuriyyət hökuməti Gəncədən Bakıya köçüb.

Azərbaycan tarixçilərinin fikrincə, əsası Osmanlı torpaqlarında qoyulan Qafqaz İslam Ordusu tək Bakının işğaldan azad edilməsində iştirak etməyib.

"Bu ordu Şamaxı, Göyçay və bir çox yerlərdə azərbaycanlıların kütləvi şəkildə qırılmasının qarşısını alıb", –tarixçilər bildirirlər.

Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub.1920-ci ildə Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub.

Multimedia

XS
SM
MD
LG