Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 06:26

'Qarabağ'ın rəqibi bəlli oldu


Çempionlar Liqası Kuboku

Bu gün, avqustun 31-də İsveçrənin Nyon şəhərində, Avropanın ali futbol təşkilatının (UEFA) mənzil-qərargahında Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin püşkatması keçirilib.

Çempionlar Liqasında mübarizə aparan Azərbaycan çempionu, Ağdamın "Qarabağ" klubu üçüncü təsnifat mərhələsində Norveçin "Mölde" klubu ilə qarşılaşacaq.

Bu mərhələnin matçları sentyabrın 15-16-da keçiriləcək. İlk iki oyunu evdə keçirən "Qarabağ" yenə rəqibini öz meydanında qəbul edəcək.

Koronavirus pandemiyası ilə bağlı təsnifat qarşılaşmaları əvvəlki illərdən fərqli olaraq bir oyun keçirilir.

Qurban Qurbanovun yetirmələri bundan əvvəlki mərhələlərdə "Sileks"i (Şimali Makedoniya) 4:0, "Şerif"i (Moldova) 2:1 hesabı ilə məğlub edib.

Multimedia

XS
SM
MD
LG