Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 00:58

Azərbaycana pul köçürmələrində azalma var


Dollar

Azərbaycan Mərkəzi Bankı bu ilin birinci yarısında 2019-cu ilin analoji dövrü ilə müqayisədə ölkəyə pul köçürmələrinin həcmində 24.9 faiz azalma olduğunu bildirir. Köçürmələrin həcmi 372 mln. ABŞ dolları təşkil edib.

Bəzi iqtisadçıların fikrincə, pul köçürmələri axınının azalması yalnız koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranla əlaqələndirilə bilməz.

"Turan" agentliyinin xəbərinə görə, 2019-cu ilin nəticələrinə görə də, pul köçürmələrində azalma qeydə alınıb. Həmin il də köçürmələrin həcmi 13.5 faiz azalaraq 934 mln. dollar təşkil edib, 2018-ci ildə bu göstərici 1.08 mlrd. dollar olub.

İqtisadçıların fikrincə, bu, miqrasiya edən Azərbaycan vətəndaşlarının daha çox işlədiyi ölkələrdə - Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstanda iqtisadi vəziyyətin kəskin şəkildə pisləşməsinin təzahürüdür.

Agentliyin xəbərinə görə, pul köçürmələrində ən böyük azalma 2016-cı ildə qeydə alınıb. O zaman ölkəyə 564.1 mln. dollar daxil olub. Müqayisə üçün 2015-ci ildə bu göstərici 1.18 mlrd. dollar, 2017 ildə 1.2 mlrd. dollar təşkil edib.

Multimedia

XS
SM
MD
LG