Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:38

Kreml sanksiyalara cavab verəcəyini deyir


Sergei Magnitsky

Rusiya 20-dən çox vətəndaşına Britaniyanın açıqladığı sanksiyalara qarşılıqlı cavab verəcəyini deyir.

“Belə qeyri-dost hərəkətlərindən yalnız təəssüflənə bilərik”, – Kremlin sözçüsü Dmitry Peskov iyulun 7-də jurnalistlərə deyib və əlavə edib ki, “qarşılılıq prinsipi tətbiq olunacaq”.

Sözçü hansı tədbirlərin görülə biləcəyini açıqlamayıb.

ABŞ Dövlət katibi Mike Pompeo Britaniyanın yeni sanksiyalarını dəstəkləyib, bəyanatında deyib ki, bu, “Britaniyanın sanksiya siyasətində, bizim iki demokratiya arasında əməkdaşlıqda yeni eranın başlanğıcını qoyur”.

***

Britaniya Rusiya rəsmilərinə sanksiya tətbiq edir

Britaniya vəkil Sergei Magnitsky-nin ölümüylə əlaqədar 20-dən çox Rusiyalıya sanksiya tətbiq edib. London Moskvanın sabitsizlik yaradan hərəkətlərini qınayandan iki ölkə arasında münasibətlərdə gərginlik yaşanır.

İyulun 6-da açıqlanmış siyahıya 25 rusiyalı rəsminin adı daxildir. Nüfuzlu İstintaq Komitəsinin sədri Alexander Bastrykin də həmin siyahıdadır. O, Prezident Vladimir Putin-in yaxın adamı sayılır. Siyahıda hakimlərin, prokurorların da adları yer alıb.

ABŞ-dan investor William Browder-in vəkili olmuş Magnitsky 2009-cu ildə Moskvada xəstəxanada vəfat edib. O, Rusiya rəsmilərini 230 milyon dollarlıq vergi fırıldağında ittiham edirdi.

Birləşmiş Ştatlar 2012-ci ildə Magnitsky Aktını qəbul edib, Rusiyanın bir sıra məmurlarına sanksiyalar tətbiq edib, 2016-cı ildən qanunu digər ölkələrdən olanlara da şamil edib.

Britaniya isə qanunu 2018-cu ildə qəbul edib, ancaq 2020-ci ildə Avropa Birliyindən rəsmi çıxanadək onun icrasını təxirə salıb.

Britaniyanın sanksiya siyahısına jurnalist Jamal Khashoggi-nin ölümündə əli olan bir sıra səudiyyəlilər, həmçinin Şimali Koreya rəsmiləri daxildir. Sanksiyalar viza qadağasından, bu şəxslərin aktivlərinin dondurulmasından ibarətdir.

XS
SM
MD
LG