İyunun 9-da “QS Dünya Universitetləri Reytinqi 2021” açıqlanıb. Bu reytinqdə dünyanın ən nüfuzlu 1029 universiteti yer alıb. 2021-ci il üzrə tam hesabat iyunun 16-da açıqlanacaq.
Reytinq hər bir təhsil ocağını altı parametr üzrə dəyərləndirir. Bu sıraya onun akademiklər və işçilər arasında nüfuzu da daxildir.
QS Dünya Universitetləri Reytinqində ilk onluqda bu təhsil ocaqları yer alıb:
- Massaçusets Texnologiya İnstitutu (MIT)
- Stenford Universiteti
- Harvard Universiteti
- Kaliforniya Texnologiya İnstitutu (Caltech)
- Oksford Universiteti
- ETH Sürix (İsveçrə Federal Texnologiya İnstitutu)
- Kembric Universiteti
- London İmperial Kolleci
- Çikaqo Universiteti
- UCL (London Universitet Kolleci)
Azərbaycandan reytinqə hansısa təhsil ocağının adı düşməyib.
Qonşu Gürcüstandan isə Ivane Javakhishvili adına Tbilisi Dövlət Universiteti 601-650-ci yerlərdə qərarlaşıb.
Rusiyadan Lomonosov Moskva Dövlət Universiteti 74-cü, Belarus Dövlət Universiteti 317-ci, İrandakı Şarif Texnologiya Universiteti 409-cu, Ukraynadakı V.N. Karazin adına Xarkov Milli Universiteti isə 477-ci yerdədir.
Çexiyadakı Çarlz Universiteti reytinqdə 260-cı pillədədir.
Türkiyədən reytinqə 9 universitet düşüb. Koç Universiteti 465, Sabancı Universiteti 521-530, Bilkent Universiteti 551-560-cı yerlər arasındadır.