Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 17:44

Rumıniya prezidenti ikinci turda seçiləcək


Klaus Iohannis

Mərkəzi Seçki Bürosunun noyabrın 11-də bildirməsinə görə, Klaus Iohannis səslərin 36,91 faizini yığıb.

Viorica Dancila 23,45 faiz səs toplayıb. Bülletenlərin 96 faizə yaxını sayılıb.

Dan Barna isə 14,2 faiz səs yığıb. Onun USR partiyası mayda Avropa Parlamentində seçkidə 22 faiz səs yığmışdı.

Ölkədə 18 milyondan artıq seçici qeydiyyatdan keçib. Onlardan 48 faizindən azı seçkiyə gedib.

***

Rusiyanın avropapərəst Prezidenti Klaus Iohannis prezident seçkisinin birinci turunda səslərin 40 faizə yaxınını yığıb. Səsvermə məntəqələrinin 90 faizi üzrə bülletenlərin sayıldığı bildirilir.

İlkin nəticələr Iohannis-in ikinci turda bu yaxınlarda baş nazirlikdən çıxarılmış, Sosial Demokratik Partiya (PSD) lideri Viorica Dancila ilə üzləşəcəyini göstərir. O, səslərin 24 faizini yığıb.

Rumıniyanın üçüncü böyük partiyası olan sağ-mərkəzçi Rumıniya Xilas Birliyinin (USR) başçısı Dan Barna 13 faiz səslə üçüncü yerdədir.

Yerli televiziya kanalları Rumıniya diasporunun indiyədək rekord sayda, 700 min bülletendən istifadə etdiyini xəbər verib. Onlar adətən liberal namizədlərə üstünlük verirlər və bu bülletenlərin sayılması daha uzun çəkəcək.

Mərkəzi Seçki Bürosu seçicilərin 48 faizə yaxınının seçkiyə getdiyini bildirir.

Namizədlərin heç biri 50 faizdən artıq səs yığa bilmədiyindən noyabrın 24-də ikinci tur keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG