Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:10

Senatorlar kürd komandirə viza verilməsini sürətləndirməyə çağırır


General Mazloum Kobani

ABŞ-ın demokrat və respublikaçı senatorlarından bir qrupu Dövlət Departamentinə müraciət edib ki, kürdlərin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinin (SDF) komandirinə səyahət vizasının verilməsini sürətləndirsin.

Oktyabrın 23-də yazdıqları məktubda respublikaçı senatorlar Lindsey Graham və Marsha Blackburn və demokratlar Chris Van Hollen, Jeanne Shaheen və Richard Blumenthal Dövlət katibi Mike Pompeo-ya müraciət edirlər. Ondan General Mazloum Kobani-yə vizanın tezliklə verilməsi xahiş olunur.

“Suriyanın şimalındakı vəziyyətdən aşırı narahat olduğumuzu desək, fikrimizi yetərincə ifadə etmərik”, – onlar məktubda yazırlar.

Senatorlar kürd komandirin səfirinin həm Konqresə, həm də Prezident Donald Trump administrasiyasına xeyri olacağını qeyd edirlər.

Bu xahişdən bir neçə saat öncə Trump Suriyanın şimalında atəşkəsin daimi olduğunu, Türkiyəyə sanksiyaları qaldırdığını açıqlayıb. Trump bildirib ki, sanksiyaların qaldırılmasına səbəb Türkiyənin sözügedən ərazidə kürd qüvvələrə hücumu dayandırmasıdır.

Oktyabrın 22-də Türkiyə və Rusiya arasında əldə olunmuş razılaşmaya əsasən, Türkiyə ilə həmsərhəd bölgələrin nəzarəti Türkiyəyə, qalan ərazilərin nəzarəti isə Rusiya və onun müttəfiqi olan Suriya hökumət qoşunlarına verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG