Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Oktyabr, bazar, Bakı vaxtı 10:19

Moskva məhkəməsi amerikalı investorun ev dustaqlığını uzadıb


Michael Calvey (solda) və fransalı bankir Philippe Delpal məhkəmədə, 8 oktyabr, 2019-cu il

Moskvada məhkəmə ABŞ investoru Michael Calvey-nin ev dustaqlığını yanvarın 13-dək uzadıb.

Moskva Şəhər Məhkəməsi qərarını oktyabrın 8-də açıqlayıb. Calvey-nin ev dustaqlığının bitməsinə 5 gün qalırdı.

Calvey və Rusiyada mənzillənən Baring Vostok investisiya şirkətinin bir neçə rəsmisi və işçisi fevralda Moskvada saxlanıb və onlara maliyyə fırıldağı ittihamı irəli sürülüb.

Ancaq həmin şəxslər özlərini təqsirli bilmirlər, bu işin Rusiyada bir banka nəzarətlə bağlı korporativ mübahisədə onlara qarşı istifadə olunduğunu deyirlər.

Calvey apreldə ev dustaqlığına buraxılıb.

Bu həbslər qərbli investorları sarsıdıb, Rusiya biznes cameəsinin liderlərinin, hökumət rəsmilərinin şikayətlərinə səbəb olub.

Baring Vostok Rusiyada fəaliyyət göstərən ən böyük özəl investisiya banklarından biridir və 1990-cı illərdən bəri Rusiyaya 2, 8 milyard dollardan çox sərmayə yatırıb, 3,7 milyard dollardan artıq aktivi idarə edir.

Bu şirkət Rusiyanın əsas axtarış mühərriki Yandex-in ilk investorlarından idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG