Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:49

Pakistanda Taliban-ABŞ danışıqları olacaqmı


Arxiv fotosu

Oktyabrın 2-də Əfqanıstanın Taliban qruplaşmasının nümayəndə heyəti Pakistana gedib. ABŞ-ın Əfqanıstanda sülh danışıqları üzrə xüsusi elçisi də orada hökumət rəsmiləri ilə görüşüb.

Talibanla ABŞ rəsmisinin görüşüb-görüşməyəcəyi bəlli deyil. Silahlı qruplaşmanın qurucularından Mullah Abdul Ghani Baradar deyib ki, nümayəndə heyəti İslamabadda Pakistan rəsmiləri ilə “mühüm məsələləri” müzakirə edəcək.

1990-cı illərin əvvəlində Taliban qurulanda Pakistan onu dəstəkləyib. Məlumatlara görə, nümayəndə heyəti Pakistan rəhbərliyinə Birləşmiş Ştatlar ilə sülh danışıqlarının alınmamasına aparan faktorlar barədə bilgiləndirəcək.

“Reuters” ABŞ səfirliyinin sözçüsünə istinadla bildirir ki, ABŞ-ın xüsusi elçisi Zalmay Khalilzad da Pakistan rəsmiləri ilə danışıqlardan ötrü İslamabaddadır.

Bu arada Taliban döyüşçülərinin Əfqanıstanın şimalındakı Taxar vilayətinin paytaxtı Taluqanda hücumlar həyata keçirdiyi bildirilir.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin oktyabrın 2-də bildirməsinə görə, şərqi Kapisa vilayətində yol kənarına qoyulmuş bomba partladılıb, ikisi uşaq olmaqla altı nəfər öldürülüb, iki nəfər yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG