Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:49

Köçkünlərin qeydiyyatı sərtləşdirilir


Sizcə, hökumətin köçkün vətəndaşlar üçün güzəştləri, müavinətləri yetərlidirmi?
Gözlə

No media source currently available

0:00 0:00:45 0:00

Sizcə, hökumətin köçkün vətəndaşlar üçün güzəştləri, müavinətləri yetərlidirmi?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib. Bu barədə bu gün, avqustun 19-da Komitənin saytında məlumat yer alıb.

Məlumata görə, toplantıda vurğulanıb ki, məcburi köçkünlərin köçürülmə obyektlərinə qeydiyyatı tamamilə dayandırılıb, yerli sektor və nümayəndəliklərə Komitə ilə razılaşdırmadan qeydiyyat aparılmaması barədə tapşırıq verilib. Qeyd edilib ki, bununla bağlı yerli sektorların və nümayəndəliklərin aylıq hesabatları yoxlanılır, səhlənkarlığa yol verən əməkdaşlar cəzalandırılır: «Məcburi köçkünlərin qeydiyyatında yol verdikləri nöqsanlara görə Komitənin Nərimanov və Sabunçu rayon sektorlarının müdirləri barədə əmək qanunvericiliyinə uyğun inzibati tədbirlər görülüb».

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı Qarabağ münaqişəsi başlayıb. Tərəflər arasında 1994-cü ildə imzalanan atəşkəs müqaviləsinə qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayon işğal edilib. Həmin ərazilərin sakinləri ölkənin müxtəlif bölgələrində məskunlaşıblar. Son məlumata görə, bu illər ərazində həmin köçkünlərə 104 şəhərcik salınıb.

Qarabağ münaqişənin nizamlanması ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG