Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Noyabr, Cümə, Bakı vaxtı 05:55

'Qarabağ' Çempionlar Liqasında mübarizəni dayandırdı


Çempionlar Liqası Kuboku

Avqustun 13-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu «Qarabağ» Kipr təmsilçisi APOEL ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan çempionu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

Halbuki, ilk qarşılaşmada səfərdə APOEL-i 1:2 hesabı ilə məğlub edən «Qarabağ» revanş öncəsi böyük üstünlük qazanmışdı. «Qarabağa» bu oyunda 0:1 hesabı ilə məğlubiyyət belə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə adlamağa kifayət idi.

Amma bu məğlubiyyətə baxmayaraq da, «Qarabağ» avrokuboklarda mübarizəsini davam etdirəcək. «Qarabağ» bundan sonra UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq. Artıq onun rəqibi də bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda «Linfild»lə üz-üzə gələcək. Şimali İrlandiya çempionu UEFA Avropa Liqasının III təsnifat mərhələsində Monteneqronun «Sutyeska» komandasını hər iki görüşdə məğlub edib - 2:1, 3:2.

UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

«Qarabağ» UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində isə İrlandiya çempionu «Dandolk»u, I mərhələdə isə Albaniyanın «Partizani» klubunu mübarizədən kənarlaşdırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG