Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:05

Əliyar Ağayev Çempionlar Liqasında


Ə.Ağayev

Azərbaycandan olan hakim Əliyar Ağayev UEFA Çempionlar Liqasının oyununa təyinat alıb.

Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.

Həmin məlumatda qeyd edilir ki, ali futbol qurumunun ( FIFA) referisi avqustun 13-də III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək LASK (Avstriya) – «Bazel» (İsveçrə) qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Avqustun 7-də keçirilən ilk qarşılaşmada «Bazel» evdə LASK-a 1:2 hesabı ilə məğlub olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG