Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:44

İngilis dili müəllimi və tələbələri məhkum edilib


İyulda Tacikistanda əcnəbi velosipedçilərə hücum etdikləri bildirilən şəxslər

Tacikistanda 22 yaşlı bir ingilis dili müəllimi, onun dörd tələbəsi və daha beş nəfər terrorçuluq ittihamları ilə uzunmüddətli həbsə məhkum edilib.

Noyabrın 16-da Düşənbə Şəhər Məhkəməsi Jahongir Qosimov-a 19 illik həbs cəzası kəsib. Qapalı keçirilən məhkəmədə o, gənc tacikləri İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasına cəlb etməkdə təqsirli bilinib.

Qosimovun dörd tələbəsi daxil daha doqquz nəfərsə dini ekstremizm yaymaqda, İŞİD-ə qoşulmağı planlaşdırmaqda təqsirli bilinib.

Həmin şəxslərə altı aydan 19 ilədək həbs kəsilib.

Qosimov tələbələri arasında İŞİD ideyalarını təbliğ etdiyini boynuna alıb.

Dörd nəfər bu ilin əvvəlində Tacikistan-Əfqanıstan sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıblar. Onlar Əfqanıstanda İŞİD-ə qoşulmağı planlaşdırdıqlarını etiraf ediblər, qohumları belə deyir.

Qalan beş nəfər isə Qosimovun dörd tələbəsi tutulandan sonra saxlanılıblar. Onların məhkəmə zamanı təqsirlərini etiraf edib-etmədikləri bəlli deyil.

XS
SM
MD
LG