Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 22:01

Nawaz Sharif həbs qərarından şikayət verib


Pakisran qəzetləri Nawaz Sharif-in həbsindən yazır, 14 iyul, 2018-ci il

Pakistanın həbsdə olan keçmiş baş naziri Nawaz Sharif barəsindəki 10 illik həbs qərarından şikayət verib. O, 25 iyul seçkisi öncəsi ölkəsinə qayıtdıqdan bir neçə gün sonra bu addımı atıb.

Sharif və qızı Maryam iyulun 6-da korrupsiya ittihamları ilə qiyabi həbsə məhkum olunublar. Hər ikisi iyulun 13-də ölkənin şərqindəki Lahor şəhərinə qayıdarkən həbs olunublar.

Hakim şikayəti təmin edərsə, Sharif zaminə buraxıla bilər.

Məhkəmə iddiasında hökmün dəlilə əsaslanmadığı bildirilir.

Sharif ötən ilin iyulunda korrupsiya ittihamıyla baş nazirlikdən uzaqlaşdırılıb. O, Londonda bahalı mənzillər aldığına görə 10 illik həbs cəzasına məhkum olunub.

Qızı isə yeddi illik həbs cəzası alıb. Ona qarşı ittihamlar 2016-cı ildə yayılmış “Panama sənədləri”ndən qaynaqlanır.

Hər ikisi Britaniyada olarkən barələrində məhkəmə qərarı çıxarılıb. Sharif-in həyat yoldaşı orada xəstəxanada müalicə olunur.

XS
SM
MD
LG