Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 20:38

Jurnalistlər prokurorluqda dindirilib


Azərbaycanın baş prokurorluğu

Bu gün, iyulun 14-də bastainfo.com saytının əməkdaşları Rüfət Baxışbəyli, Könül Alı və Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Tural Hacıbəyli Bakı Şəhər Prokurorluğunda şahid qismində dindiriliblər.

Bu haqda Turan-a Müsavat Partiyasından bildiriblər.

Onlardan bastainfo.com saytına qarşı açılan cinayət işi ilə bağlıifadə alınıb.

Müsavat Partiyası bastainfo.com saytının əməkdaşlarının prokurorluqda dindirilməsi, davamlı sorğu-sual edilmələri ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Baş prokurorluqda bastainfo.com saytına qarşı Cinayət Məcəlləsinin 313-cü (bilərəkdən yalan məlumat yaymaq, vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi qaldırılmasının heç bir hüquqi əsası yoxdur.

Həmçinin qeyd olunur ki, məhkəmə qərarı olmadan Baş Prokurorluğun təqdimatına əsasən iyulun 10-dan bastainfo.com saytına Azərbaycandan giriş bloklanıb, saytın rəhbəri Mustafa Hacıbəyli 5 gün prokurorluqda şahid qismində dindirilib.

Müsavat Partiyası baş verənləri Azərbaycanda söz və ifadə azadlığına qarşı “növbəti təhdid” kimi kimi qiymətləndirir. “Hesab edir ki, hakimiyyətin bastainfo.com saytına və Müsavat Partiyasının funksionerlərinə qarşı həyata keçirdiyi bu qanunsuz təzyiqlər Konstitusiya ilə hüququn aliliyinin bəyan edildiyi cəmiyyətdə yolverilməz olmaqla bərabər, həm də cəmiyyətdə olan gərginliyi daha da artiirilmasına gətirib çıxarır”, - bəyanatda deyilir.

Müsavat Partiyası hakimiyyətdən təzyiqlərə son qoyulmasını tələb edib.

Xatılrlatma

Baş Prokurorluğun məlumatına görə, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi sui-qəsdlə bağlı bəzi KİV-lərin vəzifəli şəxsləri, ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq “bastainfo.com”, “criminalaz.com”, “topxeber.az” və “fia.az” internet saytlarına girişin məhdudlaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib.

Mütəxəssislər bunu söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirirlər.

Hakimiyyət bundan öncə də bir sıra saytların bloklanmasına qərar verib. Beynəlxalq təşkilatlar bu addımı tənqid ediblər.

Multimedia

XS
SM
MD
LG