Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyun, Cümə, Bakı vaxtı 09:49

Sabah, iyunun 14-də Azərbaycanda 2017-2018-ci tədris ili başa çatır.

Təhsil Nazirliyinin açıqlamasına görə, bu il ölkədəki ümumtəhsil məktəblərinin 9-cu siniflərini 111 min 257, 11-ci sinfi isə 83 min 1 nəfər bitirəcək.

Qiyabi (axşam) ümumtəhsil məktəblərini bitirəcək şagirdlərin sayı isə 658 nəfərdir.

Başa çatmaqda olan tədris ilində 4 min 767 məktəbəhazırlıq qrupunu 93 min 960 uşağın başa vurduğu qeyd edilir.

Proqnozlara görə, 2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin 1-ci siniflərinə ümumilikdə 165 min 780 uşaq qəbul olunacaq.

Təhsil nazirinin əmrinə əsasən, sabah, iyunun 14-də bütün təhsil müəssisələrində «Son zəng» tədbiri təşkil olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG