Keçid linkləri

Təcili xəbərlər
2018, 20 İyun, çərşənbə, Bakı vaxtı 13:36

Moskvalıların 20%-i mühacirətə getmək istəyir


Rusiya günü, 12 iyun, 2018-ci il

Hər 5 moskvalıdan biri Rusiyadan mühacirət etmək istəyir. Bu haqda “Dojd” telekanlı “Levada” sorğu mərkəzinə istinadla xəbər verir.

Tədqiqata görə, Rusiya paytaxtı sakinlərindən 7 faizi vətənini həmişəlik tərk etmək arzusundadır. 11 faiz suala “yəqin ki” cavabını verib, 2 faiz cavab verməkdə çətinlik çəkib.

Rusiyanın digər regionlarında mühacirət etmək arzusunda olanlar cəmi 3 faiz təşkil edir. Sosioloqlar onu da qeyd edirlər ki, Krımın ilhaqından sonra rusiyalıların həmişəlik yaşamaq üçün xaricə getmək istəyi azalıb.

Sorğu onu da üzə çıxarıb ki, rusiyalıların cəmi 25 faizinin xarici pasportu var və yalnız üçdə biri azı bir dəfə xaricdə olub. Moskvalılar isə xaricdə daha tez-tez olurlar, xarici pasportları və açıq vizaları var, başqa ölkədə yaşamağa və işləməyə daha çox meyllidirlər.

Ekspertlərin deməsinə görə, daha çox gənclər və imkanlı respondentlər xaricə getmək arzularını dilə gətiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG