Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:15

Futbol çempionatına mobil telefon ‘aparmayın’


İllüstrativ foto

ABŞ-ın əks-kəşfiyyat idarəsinin rəsmisi Rusiyada futbol çempionatına gedən amerikalılara tövsiyə edir ki, özləriylə elektron cihazlar götürməsinlər, çünki kriminalların, yaxud Rusiya hökumətinin haker hücumuna məruz qala bilərlər. İyunun 14-də Rusiyada futbol üzrə dünya kuboku başlanır.

“BATAREYASINI ÇIXARIN”

Dünən – iyunun 12-də “Reuters” agentliyinə ABŞ-ın Milli Əks-kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru, Federal Təhqiqat Bürosunun (FBI) agenti William Evanina-dan bəyanat gəlib. O, çempionata gedənlərə xəbərdarlıq edir ki, özlərini elə də vacib saymaya bilərlər, ancaq yenə də hakerlər onları hədəfə ala bilər.

Rusiyada dünya kuboku məşqləri gedir
Rusiyada dünya kuboku məşqləri gedir

“Özünüzlə mobil telefon, laptop, yaxud başqa elektron cihaz götürməyi planlaşdırırsınızsa, səhvə yol verməyin, həmin cihazlarda istənilən məlumata, özəlliklə də şəxsi müəyyənləşdirən informasiyaya Rusiya hökuməti ya da kiber cinayətkarlar çıxış əldə edə bilər”, – bəyanatda deyilir.

Korporasiya və hökumət rəsmilərinə risk daha çoxdur, amma özünüzü elə də əhəmiyyətsiz saymayın. Cihazsız keçinə bilərsinizsə, özünüzlə götürməyin. Mütləq götürməlisinizsə, həmişə işlətdiyinizi deyil, başqasını aparın, işlətməyəndə batareyasını çıxarın ”, – Evanina əlavə edib.

Bu arada ABŞ-ın hüquq-mühafizə orqanları, Konqres rəsmiləri Rusiyanın 2016-cı ildə prezident seçkisinə mümkün müdaxiləsini, prezident Donald Trump-ın seçki kampaniyası ilə Rusiya arasında əlbirlik iddialarını araşdırır. Trump və Rusiya bu iddiaları dəfələrlə təkzib edib.

BRİTANİYA DA XƏBƏRDARLIQ EDİB

Anonimlik şərtilə danışan başqa bir ABŞ rəsmisinin “Reuters” agentliyinə deməsinə görə, Britaniyanın təhlükəsizlik orqanları da Britaniya ictimaiyyətinə və çempionatında iştirak edən İngiltərə futbol komandasına oxşar xəbərdarlıq edib.

Britaniyanın Milli Kiber Təhlükəsizlik Mərkəzinin bəyanatında deyilir ki, “Britaniyanın Futbol Assosiasiyası çempionata görə Rusiyaya yola düşməzdən öncə onlara kibertəhlükəsizlik üzrə ekspert məsləhəti verir”.

Özəl kiber təhlükəsizlik eksperti Patrick Wardle rəsmi xəbərdarlıqları “həqiqətən yaxşı məsləhət” hesab edir. “Rusiyaya gedəndə özümlə birdəfəlik cihazlar aparıram ki, haker hücumu olsa belə, vecimə olmasın”, – o deyir.

Birdəfəlik cihaz müvəqqəti istifadə olunur, sonra atılır.

ABŞ agentlikləri digər böyük idman tədbirləri, məsələn, Seulda son Qış Olimpiadası ərəfəsində də oxşar xəbərdarlıqlar edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG