Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:42

Rusiya buğdasında alaq toxumlar aşkarlanıb


Buğda

Rusiyadan Azərbaycana idxal olunan ərzaqlıq buğdada karantin tətbiq edilən alaq bitkisinin, sürünən kəkrənin (Acroptilon repens (L.) DC) toxumlarının aşkar edildiyi bildirilir. Kəkrə çobanyastığıkimilər fəsiləsinə aiddir. Sürünən kəkrə 25–60 sm hündürlükdə kökümsov gövdəli çoxillik bitkidir. Toxumla, kök pöhrələri və kökümsovlarla çoxalır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin məlumatında bildirilir ki, sürünən kəkrə əkin sahələrini, bağları, çəmənləri və otlaqları alaqlandırır.

Həmin bitki payızlıq buğdadan 2-5 dəfə artıq qida maddələri mənimsəyir, tərkibindəki toksik maddələr mədəni bitkilərə də təsir edir.

Nazirlik bildirir ki, həmin zərərli bitkinin toxumları Rusiyadan idxal edilən 1636.02 ton ərzaqlıq buğda məhsulunda aşkar edilib.

Nazirlik həmin buğdanın xüsusi aqreqatlar vasitəsilə təmizlənməsini, ayrılmış çıxarın alaq toxumları ilə birlikdə yandırılmasını planlaşdırır.

Xatırlatma

Azərbaycanda buğda tələbatı, əsasən, Rusiyadan idxal edilməklə ödənilir.

Rəsmi məlumatlara görə, son illər hər il Rusiyadan 1 mln. tondan çox buğda gətirilir.

Son 20 ildə buğda idxalında ciddi artım müşahidə olunduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG