Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:06

İraqın şiə liderləri alyans yaradır


Moqtada al-Sadr (solda) və Hadi al-Amiri
Moqtada al-Sadr (solda) və Hadi al-Amiri

İraqda nüfuzlu şiə ruhanisi Moqtada Sadr iranpərəst döyüşçülərin rəhbəri Hadi al-Amiri ilə gözlənilməz siyasi alyans yaradıb. Onların gələn dörd il ərzində İraqı idarə edəcəyi gözlənir.

Bu iki blok 12 may parlament seçkisində birinci və ikinci yerləri tutublar. İyunun 12-də Amiri ilə koalisiya quran Sadr 329 yerlik parlamentdə çoxluğa yetəcək alyans yaratmaq yönündə bir addım atmış olub.

DİGƏR BLOKLAR DA QOŞULA BİLƏRLƏR

İki şiə lideri digər qalib blokların da onlara qoşularaq yeni hökumət formalaşdırması üçün “qapını açıq saxladıqlarını” deyiblər.

İranın İraqa müdaxiləsinə qarşı çıxan Sadr-ın bu addımı ona görə gözlənilməz sayılır ki, o, Amiri və onun iranpərəst keçmiş döyüşçülərdən ibarət dəstəsiylə işləməyəcəyini deyirdi.

İyunun 10-da Bağdadda seçki qutuları saxlanan anbarda yanğın olub
İyunun 10-da Bağdadda seçki qutuları saxlanan anbarda yanğın olub

Sadr özü də keçmiş qruplaşma rəhbəridir, ABŞ qüvvələrinə qarşı iki dəfə üsyana liderlik edib və bu qüvvələr 2011-ci ildə İraqdan çıxıb. Sadr ölkənin həm İrandan, həm də Birləşmiş Ştatlardan azad olmasına çağırır.

Fatih alyansının lideri olan Amiri isə farsca təmiz danışır, İranın İraqda ən yaxın müttəfiqidir, Saddam Hussein erasında iki il sürgündə yaşayıb.

Sadr şiələrin müqəddəs şəhəri olan Nəcəfdə Amiri ilə birgə mətbuat konfransında deyib ki, «hər hansı ehkamçılıqdan uzaq milli hökumətin formalaşdırılmasını sürətləndirmək üçün həqiqi alyans» yaradacaqlar.

“Çox müsbət görüş keçirdik, bu millətin və xalqın əziyyətinə son qoymaq üçün görüşdük. Yeni alyansımız millətçidir”, – Sadr deyib.

“MİLLİ MARAQLARI DÜŞÜNƏNLƏRƏ ÇAĞIRIŞ”

Parlament seçkisində Sadr-ın kommunistlərlə birgə seçki alyansı qalib gəlincə, İraqda qarışıqlıq yaranıb. Ötən həftə parlament bülletenlərin yenidən sayılması göstərişi verib, saxtakarlıq iddiaları səbəbindən seçki komissiyasını buraxıb.

“Bu, milli maraqların qeydinə qalan hər kəsə çağırışdır… Hökumət proqramının hazırlanmasını sürətləndirməkdən ötrü bütün yolları müzakirə edəcək komitələr quracağıq”, – Amiri deyib.

Qeyd edək ki, Amiri-nin döyüşçüləri ötən il İslam Dövləti ekstremist qruplaşmasının məğlub edilməsində aparıcı rol oynayıb.

May seçkisində seçici iştirakı rekorda sayda az olub. İraqlılar 2003-cü ildə Saddam Hussein devriləndən ölkəni idarə edən “korrupsiyaya bulaşmış” elitaya yerini göstərib. Parlamentdə uzun illər əyləşmiş siyasi fiqurlar yeni sifətlərlə əvəzlənib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG