Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Noyabr, çərşənbə, Bakı vaxtı 10:22

Norveç ABŞ-dan əsgər sayını artırmasını istəyəcək


Ine Eriksen Soereide

Norveç Birləşmiş Ştatlardan xahiş edəcək ki, bu ölkədə yerləşən ABŞ dəniz piyadalarının sayını iki dəfədən çox artırsın. Belə bir addımın qonşu Rusiyayla gərginliyi artıracağı gözlənir.

Açıqlamanı iyunun 12-də Norveçin xarici işlər və müdafiə nazirləri verib.

Ötə həftə NATO-nun şərq cinahındakı doqquz ölkə alyansı regionda iştirakının gücləndirməyə çağırıb. Buna səbəb Rusiyanın mümkün təcavüzü sarıdan narahatlığın artmasıdır.

Bu ilin sonunda ABŞ-ın 330 dəniz piyadasının Norveçi tərk edəcəyi gözlənir. İlk kontingent 2017-ci ilin yanvarında, qış şəraitində təlim keçməyə gəlmişdi. Bu, NATO üzvü olan Norveçdə 2-ci dünya müharibəsindən sonra ilk dəfə yerləşdirilən əcnəbi hərbçilər idi.

Bu addım Moskvanı qəzəbləndirmişdi. Rusiya Oslo ilə qarşılıqlı münasibətlərin pisləşəcəyi, NATO-nun şimal cinahında gərginliyin artacağıyla bağlı xəbərdarlıq etmişdi.

Norveçin xarici işlər naziri Ine Eriksen Soereide iyunun 12-də jurnalistlərə deyib ki, ABŞ hərbçilərinin bu ölkədə sayını artırmaq qərarını parlament də dəstəkləyir və bu heç də Norveçdə daimi ABŞ bazasının yaradılması demək deyil. Onun deməsinə görə, Oslo Vaşinqtondan gələn il 700 dəniz piyadası göndərməsini, Rusiyayla sərhədə yaxın əlavə hərbçilər yerləşdirməsini istəyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG