Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:12

Bank işçilərinin partiya üzvü olması təklif edilir


S.Novruzov

«Siyasi partiyalar haqqında» Qanuna dəyişikliklər edilə bilər.

Bu təklifi Milli Məclisin bu gün, iyunun 12-də keçirilmiş iclasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.

«Artıq vaxt yetişib ki, «Siyasi partiyalar haqqında» Qanuna bir çox maddələr üzrə dəyişiklik edək», - deyən S.Novruzova görə, qanunda siyasi partiyaların fəaliyyəti yüksək səviyyədə təsbit olunsa da, qanunun 8-ci maddəsinə yenidən baxılmalıdır.

S.Novruzov qanunun maliyyə orqanları nümayəndələrinin siyasi partiya üzvü olmasını qadağan etməsini doğru saymadığını söyləyib. Komitə sədri hesab edir ki, Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinə siyasi partiya üzvü olması ilə bağlı qadağa qoyulmamalıdır.

«Onlar hansısa partiyanın üzvü olsa, nə baş verəcək ki? Bu qadağalar dəyişməlidir», - o deyib.

Xatırlatma

«Siyasi partiyalar haqqında» Qanun 1992-ci ildə qəbul edilib. Həmin vaxtdan bəri qanuna 58 dəfə dəyişiklik edilib.

«Siyasi partiyalar haqqında» Qanunun 8-ci maddəsi siyasi partiyalara üzvlük məsələlərini tənzimləyir. Həmin maddəyə görə, heç kəs hər hansı siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz.

Qanun məhkəmə sədrlərinə, sədr müavinləri və hakimlərə, ombudsmana, hərbi qulluqçulara, prokurorluq, ədliyyə, daxili işlər, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, sərhəd xidməti, gömrük, maliyyə, vergi, feldyeger rabitəsi, fövqəladə hallar, miqrasiya orqanlarının, dövlət mətbuatı orqanlarının işçilərinə siyasi partiya üzvü olmağı qadağan edir.

İctimai Televiziyanın Yayım şurasının üzvləri, baş direktoru və onun müavinləri, Mərkəzi Bankının İdarə Heyətinin üzvləri, din xadimləri də siyasi partiyalara üzvü ola bilməzlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG