Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:07

Volqa çayında ölümcül qəzanı ‘sərxoş kapitan’ törədib


Hadisə yeri

Rusiyada Volqa çayında 11 nəfərin ölümü ilə nəticələnmiş gəmi toqquşmasına baisin “sərxoş kapitan” olduğu xəbər verilir.

Rusiya Fövqəladə Hadisələr Nazirliyi iyunun 12-də xəbər verib ki, çayda xilasetmə əməliyyatı başa çatdırılıb və biri qadın olmaqla 11 meyit tapılıb.

Rəsmilər bildiriblər ki, iyunun 11-də Volqoqrad şəhəri yaxınlığında baş vermiş qəzanın 5 zərərçəkəni xilas edilib, onlardan üçü xəstəxanaya aparılıb.

Rəsmilər məlumat veriblər ki, qəzanı katamaranın sahibi törədib.

Bildirilir ki, o alkoqolun təsiri altında “barjadan verilən heç bir səs və işıq xəbərdarlıqlarına məhəl qoymayıb”.

Rusiya İstintaq Komitəsi bunu da əlavə edib ki, hadisə zamanı 12 nəfərlik katamarana 16 sərnişin minibmiş. Katamaranın özü isə ümumiyytlə qeydiyyatsız olub.

***

Bundan əvvəl xəbər verilmişdi ki, Rusiyada Volqa çayında barja ilə katamaran toqquşub, 11 nəfər həlak olub.

Fövqəladə Hallar Nazirliyi xilasetmə işlərinin iyunun 12-də bitdiyini, 11-ci meyitin də tapıldığını bildirib.

İyunun 11-də axşam Volqoqrad şəhəri yaxınlığında baş vermiş qəzada beş nəfər xilas edilib.

TASS dövlət xəbər agentliyinin adını çəkmədiyi xilasediciyə istinadla yazdığına görə, 16 nəfərin olduğu katamaran, ola bilsin, naviqasiya qaydalarına məhəl qoymayıb, ya da barjanı görə bilməyib.

TASS həmçinin katamaranın gərəkən sənədlərinin olmadığını yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG