Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:28

Büdcəyə dəyişiklik edilir


Büdcə xərcləri haqda məlumatlar sizi qane edirmi?​
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

Büdcə xərcləri haqda məlumatlar sizi qane edirmi?​

«2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub».

Bu barədə APA-ya Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

M.Piriyev bu dəyişikliklərlə əlavə maliyyə təminatı yaradılması nəzərdə tutulan sahələri də açıqlayıb. Onun deməsinə görə, bura ölkə əhalisinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması daxildir. Habelə, turizmin inkişafı, bir sıra infrastruktur layihələrinin, kənd təsərrüfatı, su təchizatı, meliorasiya tədbirlərinin və başqa zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədar əlavə maliyyə təminatının yaradılması məqsədi güdülür.

M.Piriyev vurğulayıb ki, layihə əvvəlcə Nazirlər Kabinetinə də təqdim edilib.

«Nazirlər Kabineti isə qanun layihəsini məqbul hesab edərək Azərbaycan prezidentinə təqdim edib. Qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən bəyənilərək müvafiq sənədlərlə birlikdə müzakirə üçün Milli Məclisinə təqdim olunub», - deyə nazirlik rəsmisi bildirib.

Ötən il dekabrın 1-də ölkə parlamenti 2018-ci ilin dövlət büdcəsinin gəlirlərini 20 mlrd. 127 mln. manat, xərclərini isə 21 mlrd. 47 mln. manat səviyyəsində təsdiqləyib. Dövlət büdcəsində neftin bir barreli 45 dollar götürülüb. Son aylar neftin qiyməti 75-80 dollar arasında dəyişir.

Xatırlatma

2017-ci ildə də dövlət büdcəsi sonradan dəyişdirilmişdi. Dövlət büdcəsinin gəlirləri əvvəlcə 16 mlrd. 255 mln., xərcləri isə 16 mlrd. 900 mln. manat idi.

Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar götürülmüşdü. Sonradan Azərbaycan neftinin bir barreli 65 dollara çatanda (2017-ci ilin iyunu) büdcəyə dəyişiklik edildi. Gəlirləri 511 mln. artırılaraq 16 mlrd. 766 mln. manata çatdırıldı. Xərclər isə 1 mlrd. 41 mln. manat artırıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG