Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 01:58

Bağlanan banklarda qalan qorunmayan əmanətlər-Media icmalı


'Etibarlı adamın yoxdursa, kredit vermirlər'
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

'Etibarlı adamın yoxdursa, kredit vermirlər'

Əhalinin sosial müdafiəsi, bağlanan banklarda qaytarılmayan qorunmayan əmanətlər, dollara yenidən tələbatın artması və başqa məsələlər medianin aparıcı mövzularındandır...

Qorunmayan əmanətlər

«Yeni Müsavat» qəzetində «Bağlanan banklardakı əmanətlərin taleyi qaranlıq olaraq qalır» sərlövhəli yazı oxumaq olar.

Yazıda başlığa çıxarılan mövzu ekspert Əkrəm Həsənovla müzakirə edilib.

Müəllif yazının girişində ekspertlərə istinadən iddia edib ki, bu il də bank sektorundan zəif qurumların çıxarılması prosesi davam edəcək. Ə.Həsənov isə qəzetə deyib ki, bağlanan bankların bir çoxunun əmlakı əmanətlərin qaytarılmasından ötrü yetərli olsa da, bəzi banklarda vəziyyət gərgindir.

Ekspertin vurğulamasına görə, bağlanan banklarda qorunmayan əmanəti olanların heç biri qoyduğu pulun hamısını geri ala bilmir.

Ə.Həsənova görə, üstəlik, bəzi banklarda qorunan əmanətlər belə tam qaytarılmayıb. Ekspert qeyd edib ki, xüsusilə də «Texnikabank» və «StandardBank»la bağlı vəziyyət pisdir: «Onların əmlakı və kreditləri heç qorunan əmanətlərin qaytarılmasını belə təmin etmir. Ola bilsin ki, digər banklardan da belə vəziyyətdə olanlar var...».

Ə.Həsənov deyib ki, bir çox banklar üzrə məlumatlar açıqlanmır: «İstər dövlət, istər özəl qurum olsun, ailə olsun – maliyyə məsələlərində şəffaflıq yoxdursa, deməli, orada dürüstlük böyük şübhə altındadır».

Ekspertin deməsinə görə, bağlanan banklarda qalan qorunmayan əmanətlərin həcmi təxminən 2 milyard manata yaxındır: «Dəqiq məlumat, əlbəttə, Əmanətlərin Sığortalanması Fondundadır. Fondun yeni rəhbərliyindən gözləntilər çox idi, amma təəssüf ki, onlar doğrulmur».

Dollar
Dollar

Dollara tələbat artıb

«Novoye Vremya» qəzetində «Balı dollar idarə edir» sərlövhəli yazı yer alır.

Yazıda bildirilir ki, son dönəmlər rəsmi açıqlamalara baxmayaraq, ölkədə dollara tələbat artır: «Deyilirdi ki, 2018-ci ildə manatın dolları sıxışdırması meyli davam edəcək və buna əsasən proqnoz vermək olar ki, Azərbaycan bazarında dolların qiyməti enəcək. Başqa sözlə, Mərkəzi Bank hamını inandırmaq istəyirdi ki, manata inam fonunda dollara maraq azalır».

Müəllif hesab edir ki, dollarla depozitlərinin azalması heç kəsin dollar almaması anlamına gəlmir: «İndi deyəcəklərimiz Mərkəzi Bankın bank sektorunda dollarsızlaşdırma və manatın sabitliyinin möhkəmlənməsi ilə bağlı dediklərini inkar edir. Bu ilin aprel ayındakı nağd valyuta alqı-satqısında Azərbaycanın kommersiya bankları əhliyə 411.732 milyon dollar satıb. Mərkəzi Bank deyir ki, bu mart ayı ilə müqayisədə çoxdur».

Yazıda vurğulanır ki, bu ilin yanvar-fevral aylarında əhalidən dollar alınması satışı üstələyirdi. Mart-aprel aylarından isə əks proses baş verib: «Gördüyümüz kimi, dollar vəziyyəti idarə etməkdə davam edir. Belə olan halda dollar qıtlığı təkrar ola bilər. Bu halda Azərbaycan bazarında dolların dəyər itirməsindən necə danışmaq mümkündür?».

Müəllifin fikrincə, ölkə əhalisinin çoxu hələ də dollara üstünlük verir: «Buna isə səbəb odur ki, ölkə iqtisadiyyatı hələ ki, hər cür kataklizmi aradan qaldıracaq səviyyədə inkişaf etməyib...».

Müəllif hesab edir ki, dollardan asılılığa son qoymağın başlıca bir yolu var. Bundan ötrü ölkə iqtisadiyyatının neftin qiymətindən asılılığı aradan qalxmalıdır.

İ.Əliyev Ağsuda
İ.Əliyev Ağsuda

«Sosial müdafiəni gücləndirmək»

«Azərbaycan» qəzetində «İqtisadi siyasətin dəyişməz hədəfi» sərlövhəli yazıda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər dəyərləndirilir.

Müəllif yazıb ki, müstəqilliyin ilk illərində insanların bir çoxu işləmirdi, işləyənlər isə aylarla maaşlarını ala bilmirdi. Yazıda iddia edilir ki, keçmiş prezident Heydər Əliyev 1993-cü ildə hakimiyyətə məhz belə bir vəziyyətdə gəlib: «Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə əhalinin sosial problemlərinin həlli məqsədilə təxirəsalınmaz tədbirlər görməyə başladı. Bu məqsədlə 15 iyun 1994-cü ildə «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında» fərman, həmin fərmandan irəli gələn vəzifələri daha operativ yerinə yetirmək üçün «Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında» sənəd imzaladı».

Yazıda vurğulanmasına görə, bundan sonra əhalinin sosial müdafiəsində böyük dönüş yaranıb.

Müəllif hesab edir ki, həmin siyasət ölkədə indi də davam etdirilir: «2014-cü ildən 2018-ci il aprelin 1-dək ümumilikdə 765 min olmaqla 565.2 min daimi iş yeri açılıb. Cari ilin birinci rübü ərzində ölkədə 43.8 min yeni, o cümlədən 34.8 min daimi iş yeri yaradılıb. Açılan yeni iş yerlərinin 59.6 faizi qeyri-dövlət sektorunun payına düşür. Yeni iş yerlərinin 35.5 faizi Bakıda, 1.4 faizi Naxçıvan Muxtar Respublikasında, 63.1 faizi digər regionlarda açılıb...».

Günün bütün mövzuları

XS
SM
MD
LG