Keçid linkləri

Təcili xəbərlər
2018, 22 İyul, bazar, Bakı vaxtı 09:12

İyunun 12-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, şimşək çaxacağı bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 16-19, gündüz 23-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti olacaq.

Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı vurğulanır. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi ehtimal edilir. Gecə 14-19, gündüz 23-28, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti təxmin edilir.

Nazirlik xəbərdar edib ki, Bakı və Abşeron yarımadasında iyunun 12-si səhərdən 13-ü səhərədək şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənir. Temperaturun ötən günlərlə müqayisədə 3-5 dərəcə düşəcəyi bildirilir.

Azərbaycanın rayonlarında da iyunun 12-də və 13-ü gündüzədək qeyri- sabit hava gözlənir. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG