Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:38

Moskvada 'repressiya'ya etiraz yürüşü keçirilib


Etiraz aksiyası
Etiraz aksiyası

İyunun 10-da Moskvanın mərkəzində Rusiyada insan haqları pozuntularına kütləvi etiraz aksiyası keçirilib. Etirazçılar siyasi məhbusların buraxılmasını tələb ediblər.

“Repressiyasız və Özbaşınalıqsız Azad Rusiya uğrunda” adlı yürüşün iştirakçıları Moskvanın Saxarov prospektinə yığışıblar. Sabah – iyunun 12-də isə Rusiya Günü qeyd olunacaq. Bu arada Rusiya iyunun 14-dən iyulun 15-dək futbol üzrə dünya çempionatına ev sahibliyinə hazırlaşır.

Polis icazəli nümayişə 1700 nəfərin çıxdığını, təşkilatçıların bu rəqəmin 5 min nəfər olduğunu bildirirlər.

İKİ NƏFƏRİN SAXLANDIĞI BİLDİRİLİR

Bəzi etirazçılar əllərində ukraynalı kinorejissor Oleh Sentsov-un portretini tutublar. Moskvanın 2014-cü ildə Krımı ilhaq etməsinə qarşı çıxan Sentsov hazırda Rusiya həbsxanasında aclıq aksiyası keçirir. O, mayın 14-dən aclıq edir, Rusiyada saxlanmış 64 ukraynalı vətəndaşın azadlığa buraxılmasını tələb edir.

Nümayişçilər, 10 iyun, 2018-ci il
Nümayişçilər, 10 iyun, 2018-ci il

OVD-Info müstəqil təşkilatı dünənki nümayişdə iki nəfərin saxlandığını bildirir. Onların arasında fəal Darya Polyudova da var. O, 2014-cü ilin mayında Rusiyada separatçılıqla bağlı qanun qüvvəyə minəndən sonra həmin maddəylə cəzalandırılmış ilk şəxs olub.

2015-ci ildə iki illik həbsə məhkum edilmiş Polyudova-nı Memorial insan haqları qrupu vicdan məhbusu elan edib.

Moskva etirazından öncə veteran insan haqları fəalı Lev Ponomaryov deyirdi ki, nümayişin məqsədi “ölkədə vətəndaşların fundamental insan hüquq və azadlıqlarının pozulmasıyla əlaqədar katastrofik vəziyyətə diqqət çəkməkdir”.

Yürüşə müxalifətçilər Gennady Gudkov və Sergei Udaltsov, insan haqları müdafiəçisi Svetlana Gannushkina da qatılıb.

Putin ötən ay növbəti prezidentlik müddətinə başlayıb. Tənqidçilər seçkinin saxtakarlıqla keçdiyini bildiriblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG