Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:12

Ukrayna münaqişəsini müzakirə edəcəklər


Ukrayna, arxiv fotosu

İyunun 11-də Almaniya, Fransa, Rusiya və Ukrayna Berlində yığışaraq Ukraynanın şərqindəki münaqişəni müzakirə edəcəklər. “Normandiya formatlı” danışıqlarda münaqişə zonasına BMT sülhməramlı missiyasının yerləşdirilməsinin də müzakirə olunacağı gözlənir.

Bütün tərəflər Ukraynanın şərqinə BMT sülhməramlı missiyasının yerləşdirilməsini dəstəkləyir, amma onun mandatıyla bağlı fikir ayrılığı var.

Almaniya və Fransa BMT sülhməramlılarının Ukrayna-Rusiya sərhədi daxil olmaqla, rusiyapərəst üsyançıların nəzarətində olan ərazilərdə yerləşdirilməsini istəyir. Rusiya bu ideyaya qarşı çıxır.

Ukraynanın şərqində 2014-cü ildə münaqişə başlanandan 10 min 300-dən çox adam öldürülüb.

Münaqişə zonasında atəşkəs yaratmaq cəhdləri əsasən iflasa uğrayıb.

BMT-nin Təhlükəsizlik Şurası iyunun 6-da qəbul etdiyi bəyanatda Ukraynada bütün tərəfləri 2015-ci il sülh sazişinə əməl etməyə çağırıb. Qurum Ukraynanın şərqində təhlükəsizlik durumunun pisləşməsindən “dərin narahatlığ”ını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG