Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 02:08

Putin:"ABŞ-ın İranla nüvə sazişindən çıxması regionda sabitsizliyə apara bilər"


Hassan Rouhani və Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın İranla nüvə sazişindən çıxmasını tənqid edib və bildirib ki, bu Yaxın Şərqdə sabitsizliyə səbəb ola bilər.

O, bunu “Şanxay əməkdaşlıq təşkilatı” ölkələrinin Çində keçirilən sammiti çərçivəsində bəyan edib.

Vladimir Putin qeyd edib ki, Moskva 2015-ci ildə İranla imzalanmış nüvə sazişi ilə bağlı öz öhtəliklərini yerinə yetirəcək.

“Rusiya bu planın ciddi şəkildə və ardıcıllıqla yerinə yetirilməsinə çağırır”

Qeyd edək ki, İranla aparıcı 6 dünya ölkəsi arasında imzalanmış bu sazişdən sonra İran nüvə proqramı üzərində işi dayandırıb və əvəzində ona qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb.

Amma ABŞ prezidenti Donald Trump ötən ay ölkəsinin bu sazişdən çıxdığını bəyan elədi və bildirdi ki, Vaşinqton İrana qarşı sanksiyaları bərpa edir.

Donald Trump
Donald Trump

Rusiya ilə yanaşı bu sazişə imza atmış Böyük Britaniya, Fransa, Almaniya və Çin də İranla sövdələşməyə əməl edəcəklərini bəyan ediblər.

Buna da bax:"Almaniya: İranla nüvə sazişi məsələsində Avropanın mövqeyi dəyişməzdir"

Günün bütün mövzuları

XS
SM
MD
LG