Keçid linkləri

Təcili xəbərlər
2018, 24 İyun, bazar, Bakı vaxtı 16:33

Azərbaycan may ayında gündəlik neft hasilatının azaldılması sazişinə dair məlumatları neft ixrac edən ölkələr birliyi- OPEC-ə təqdim edib.

Energetika Nazirliyinin məlumatında Azərbaycanın neft ölkələrinin hasilatın azaldılması razılaşmasına əməl etdiyi bildirilir.

Məlumatda vurğulanır ki, Azərbaycanda may ayı ərzində gündəlik neft hasilatı 801 min barrel olub. Bunun 748 min barrelini xam neft, 53 min barrelini kondensat təşkil edib. Gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma əvəzində Azərbaycanın hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirdiyi vurğulanır.

Ölkə üzrə gündəlik neft hasilatı yanvarda 814,6, fevralda 806, martda 794, apreldə isə 785,7 min barrel olub.

2017-ci il ərzində ölkədə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib.

Xatırlatma

OPEC-ə üzv və kartelə daxil olmayan ölkələr 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Azərbaycan da bu razılaşmaya qoşulub. Vyanada OPEC üzvləri və təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş əvvəlcə 6 aylığa imzalanıb. 2017-ci il mayın 25-də OPEC-in Nazirlər Şurasının Vyanada keçirilən 172-ci iclasında hasilatın azaldılması razılaşması daha 9 aylığa uzadılıb.

Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclasında sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Bu razılaşmalara da Azərbaycan qoşulub.

Bu tədbirlərdən sonra neftin qiyməti bir qədər bahalaşıb. Hazırda bazarda Azərbaycan neftinin bir barrelinin qiyməti 75-80 dollar civarındadır. Ötən ilin əvvəllərində isə bu, 50 dollar civarında dəyişirdi.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG