Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:39

Donald Tusk Rusiyada həbsdə olan ukraynalı rejissor Oleg Sentsovu dəstəkləməyə çağırıb


Donald Tusk
Donald Tusk

Avropa Birliyinin sədri Donald Tusk “Böyük yeddilər” ölkələrinin liderlərini Rusiya həbsxanasında aclıq edən ukraynalı rejissor Oleg Sentsova dəstək nümayiş etdirməyə çağırıb.

“Bizim həmrəyliyimiz onun həyatını xilas edə bilər”, deyəTusk bildirib.

Oleg Sentsov artıq 26 gündür ki, həbsxanada açlıq edir.

O, Rusiyada həbsdə olan bütün ukraynalı siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

Buna da bax: Britaniya Rusiyadan ukraynalıların azad olunmasını tələb edir.

Amnesty İnternational təşkilatı dünya üzrə fəalları, iyunun 8 və 9-da qlobal “#SaveOlegSentsov” onlayın-aksiya-ya qoşulmağa, “Böyük yeddilər” ölkələri liderlərinin internet səhifələrində şərhlər yazaraq, Kremlə təzyiq göstərməyə və Sentsovun azad edilməsinə nail olmağa çağırıb.

Əslən Krımdan olan ukraynalı rejissor Oleg Sentsov 2014-cü ilin mayında saxlanıb və elə həmin il də Krımda terrora hazırlaşmaq ittihamı ilə Rusiyada 20 il həbsə məhkum edilib.

Oleg Sentsova dəstək aksiyası
Oleg Sentsova dəstək aksiyası

Sentsov ittihamı rədd edir.

Hməçinin beyməlxalq hüquq-müdafiə təşkilatı onun həbsinin siyasi motivli olduğunu deyirlər.

Qeyd edək ki, Qərb ölkələri Rusiyanın 2014-cü ildə Krımı işğal etməsi və Ukraynanın şərqindəki hərbi münaqişəyə görə Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Buna da bax: "Ukraynalı rejissor Oleg Sentsovun saxlandığı həbsxana".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG