Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Trump deyir, Rusiya G7-yə qaytarılmalıdır


Donald Trump

ABŞ prezidenti Donald Trump deyir ki, Böyük Yeddilik (G7) ölkələri Rusiyanın qrupa qayıtmasına icazə verməlidirlər.

Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq edəndən sonra G8-dən çıxarılıb və qrup G7 formatında qalıb.

Trump iyunun 8-də, G7-nin, dünyanın aparıcı sənaye ölkələrinin Kanadada üçgünlük sammiti öncəsi danışıb.

Biz niyə Rusiyasız görüşürük? Onlar Rusiyaya qayıtmağa icazə verməlidirlər, çünki Rusiya danışıqlar masasında olmalıdır”, – Trump deyib.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Rusiya “diqqətini G7-dən fərqli qruplara cəmləşdirir”.

Sözçü bu həftənin əvvəlində demişdi ki, G7 artıq bir neçə ildir Moskva üçün maraqlı deyil.

Kanada dərhal bildirib ki, Rusiyanın G7-yə yenidən qəbuluna qarşıdır və bu mövqeyi “dəyişməyib”. İtaliya hökumətinin sözçüsü isə Trump-ın fikri ilə razı olduğunu bildirib.

G7-yə Kanada, Birləşmiş Ştatlar, Fransa, Almaniya, İtaliya, Yaponiya və Britaniya daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG