Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:02

Aztəminatlı ailələr üçün işıqpulu 10 dram ucuzlaşacaq


Arxiv fotosu
Arxiv fotosu

Ermənistanda hökumətin təşəbbüsü ilə aztəminatlı ailələr üçün elektrik enerjisinin haqqı 10 dram (2 sentə yaxın) azaldılacaq.

Bunun iyunun 8-də hökumətin iclasında energetika və təbii resurslar naziri Artur Grigorian deyib.

Baş nazir Nikol Pashinian nazirə tapşırmışdı ki, təkcə aztəminatlı ailələr deyil, bütünlükdə əhali üçün elektrik enerjisinin qiymətinin salınması imkanlarını araşdırsın.

Artur Grigorian
Artur Grigorian

Ötən il fevralın 1-dən Ermənistanda elektrik enerjisinin qiyməti ucuzlaşıb. Gündüz vaxtı elektrik enerjisinin 1 kilovatı 1, 22 dram ucuzlaşaraq 44,98, gecə tarifi isə 10 dram az-34,98 dram olub. Aztəminatlı ailələr üçünsə gündüz tarifi 40, gecə tarifi isə 30 dram olub.

2016-cı ildə ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı kütləvi etirazlar keçirilmişdi.

HÖKUMƏTİN PRİORİTETLƏRİ

Bu ilin aprelində küçə etirazları nəticəsində Serzh Sarkisian baş nazir postundan getməli oldu və Nikol Pashinian bu vəzifəyə seçildi.

İyunun 7-də isə Pashinian parlamentə hökumətinin proqramını təqdim edib. O, çıxışında iqtisadi və sosial inkişaf sektorlarında prioritetlərini açıqlayıb.

“Hökumətimizin prioritetləri süni inhisarların ləğvi, iqtisadi rəqabətin qorunması, iş yerlərinin yaradılması, yoxsulluqla mübarizə, zorakılığın rədd olunması, təbii resurslardan məqsədyönlü istifadədir”, – o deyib.

Pashinian deyib ki, real iqtisadi inkişafı əngəlləyən daha bir amil kölgə iqtisadiyyatıdır, yeni hökumət bu iqtisadiyyatla mübarizəni, dövlət gəlirlərinin artırılmasını da qarşısına vəzifə qoyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG