Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Nərgiz Paşayeva vitse-prezident oldu


N.Paşayeva

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iyunun 8-də keçirilən illik yığıncağında qurumun vitse-prezidentləri və Rəyasət Heyətinin yeni tərkibi də seçilib.

AMEA-nın məlumatına görə, akademik Nərgiz Paşayeva bu qurumun yeni vitse-prezidenti seçilib. N.Paşayeva Azərbaycan prezidentinin xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın bacısıdır.

Akademik İradə Hüseynovanın da AMEA-nın vitse-prezidenti seçildiyi bildirilir.

AMEA-nın əvvəlki vitse-prezidentləri İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq NağıyevDilqəm Tağıyev də təkrar bu vəzifəyə seçiliblər.

A.Əlizadə
A.Əlizadə

Akif Əlizadə yenidən AMEA-nın prezidenti oldu

Akademik Akif Əlizadə yenidən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti seçilib.

Buna iyunun 8-də AMEA-nın illik yığıncağında qərar verilib.

Yığıncaqda AMEA-nın prezidenti ilə yanaşı, Rəyasət Heyətinin yeni tərkibi də seçilib.

A.Əlizadə geoloqdur, o, AMEA-ya 2013-cü ildən başçılıq edir.

Ümumi yığıncaqda həmçinin, AMEA-nın beşillik fəaliyyəti müzakirə edilib, prezidentin məruzəsi dinlənilib.

Tədbirdə AMEA-nın 2017-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edilib.

Xatırlatma

1932-ci ildə Dövlət Elmi Tədqiqat İnstitutunun bazasında Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi yaradılıb. Həmin şöbə 1935-ci ildən isə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı kimi fəaliyyət göstərməyə başlayıb.

Qurum 1945-ci ildən Azərbaycan Elmlər Akademiyası, 2001-ci ildən isə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) adlanır.

AMEA prezidenti beş ildə bir dəfə seçilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG