Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 09:11

Cəmil Həsənli kitablarının gömrükdən buraxıldığını deyir


C.Həsənli

İyunun 7-də Bakı aeroportunda gömrükçülərin saxladığı «Stalin və Soyuq müharibənin Türkiyə böhranı» adlı kitabının nüsxələri bu gün, iyunun 8-də buraxılıb».

Bunu Milli Şuranın sədri, tarixçi Cəmil Həsənlinin özü deyib.

«Kitabları azad ediblər. Bir az əvvəl kitabları gətirən UPS poçt xidmətindən zəng edib bildirdilər. Kitabları hara gətirmələrini soruşdular», - C.Həsənli vurğulayıb.

C.Həsənlinin ABŞ-ın Harvard Universitetində ingilis dilində dərc edilmiş monoqrafiyasında 1945-1953-cü illərin siyasi prosesləri araşdırılıb. Kitab ilk dəfə 2011-ci ildə dərc edilib. 2013-cü ildə həmin monoqrafiya təkrar nəşr edilib. Bundan başqa, o, Moskvada və Ankarada da dərc edilib.

Kitabın naşiri onun 4 nüsxəsini sürətli poçtla müəllifə göndərmişdi. Söhbət həmin nüsxələrdən gedir. C.Həsənli dünən, iyunun 7-də kitabların gömrükdə saxlandığını, tədqiq edildikdən sonra buraxılacağını bildirmişdi.

C.Həsənlinin həmin açıqlamasına Dövlət Gömrük Komitəsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Xatırlatma

Milli Şuranın sədri C.Həsənli 2013-cü ildə prezident seçkisində hazırkı dövlət başçısı İlham Əliyevin rəqibi olub. O, seçkinin total şəkildə saxtalaşdırıldığını bəyan edərək nəticələri tanımayıb. Onun rəhbərlik etdiyi qurum bu il keçirilən növbədənkənar prezident seçkisini isə boykot edib. Milli Şura Azərbaycanda seçkinin demokratik şəkildə keçirilməsinə imkan olmadığını açıqlayıb.

Hərçənd, rəsmilər belə fikirləri qəbul etmirlər. Prezident İ.Əliyev də xalqın iradəsi ilə qələbə əldə etdiyini açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG