Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:09

Kanada senatı marixuananı leqallaşdırıb


Belarusda marixuananın kriminallaşdırılmasının ləğvi tələbilə piket, 2 aprel, 2018-ci il
Belarusda marixuananın kriminallaşdırılmasının ləğvi tələbilə piket, 2 aprel, 2018-ci il

Kanada senatı iyunun 7-də marixuanadan istifadəni leqallaşdıran qanunu qəbul edib. 52 senator qanunun lehinə, 30-u əleyhinə səs verib, bir nəfər bitərəf qalıb. Xəbəri Frans Pres agentliyi yayıb.

İndi senatorların dəyişikliklər etdiyi qanun layihəsi İcmalar Palatasına qayıtmalıdır. Palata noyabrda qanunu qəbul etmişdi, amma senatın etdiyi dəyişiklikləri təsdiqləməlidir.

“Reuters” agentliyi isə marixuananın leqallaşdırılmasının qara bazara təsir göstərməyəcəyini yazır.

QARA BAZARA MEYL

Toronto Universitetinin 20 yaşlı tələbəsi Jake Rowinski hər həftə şəhərin mərkəzində özünü “tibbi dispanser” adlandıran satış yerindən marixuana alır. Bu qanunsuz mağaza marixuananı həm əyləncə, həm də tibbi məqsədlə istifadə edənlərə satır.

“Burada heç kəsin vecinə deyil”, – Rowinski deyib.

Arxiv fotosu
Arxiv fotosu

Artıq yaydan hökumətin marixuananın satışına icazə verməlidir. Təhlilçilərin fikrincə, bu addım qara bazara rəqabəti gücləndirəcək. Amma bir məsələ də var ki, alıcıların çoxu bu maddəni qanuni yolla, yəni daha baha qiymətə almağa meylli olmayacaq.

Kanadada marixuananın tibbi məqsədlə satışı hələ 2001-ci ildə qanuniləşdirilib. Elə o vaxtdan da tələbə Rowinski-nin bazarlıq etdiyi mağaza kimi qanunsuz satış yerlərinin sayı artıb. “Reuters” həmin mağazadan şərh ala bilməyib.

Bu arada marixuana tibbi məqsədlə yalnız poçtla göndəriləcək. Böyük apteklər isə onun birbaşa satışında israr edirdilər.

Kanada Statistika agentliyi ötən il bu bazara 5,7 milyard Kanada dolları qanuni investisiya qoyulduğunu bildirir. Qurumun bildirməsinə görə, 15-64 yaşlı kanadalıların beşdə biri ilboyu marixuanaya adambaşına 1200 Kanada dolları xərcləyib, qramını 7,48 dollardan alıb.

Vergi, başqa qanuni xərcləri də hesablayanda qara bazar qiymətinin daha əlverişli olacağı görünür. Deməli, satışın qanuniləşdirilməsindən ictimaiyyətin götürəcəyi faydanı – qanuni investisiya, iş yerlərinin yaradılması, vergi gəlirləri məhdudlaşdırılacaq.

“Aludəçilər hamıdan çox istifadə edirlər. Çoxları qiymət fərqinə görə qara bazara üz tutacaq”, - GTV şirkətindən Damitha Pathmalal deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG