Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 19:19

Göyçay İH: 'Körpü xaric, rayona ciddi ziyan dəyməyib'


Göyçay çayı üzərində körpü

«Göyçay rayonunda körpünün tikintisi ilə bağlı betondan texnikaya qədər tələb edilən nə varsa gətirilir».

Bunu Göyçay Rayon İcra Hakimiyyəti (İH) başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev bildirib.

İ.Vəliyev deyib ki, körpünün yenidən tikilməsi ilə bağlı artıq dövlət başçısı vəsait ayrılmasına dair sərəncam da verib.

Birinci müavin körpünün sıradan çıxması istisna olmaqla, rayona elə də güclü ziyan dəymədiyini bildirir: «Körpüdən xaric, rayona yağış və külək bəzi ziyan vurub. 2500 ha taxıl sahəsinə güclü ziyan dəyib. Demək olar ki, taxılı yerlə bir edib. Burada da dəyən ziyan haradasa 600 min manat civarındadır».

Prezident İlham Əliyev dünən, iyunun 7-də Ağsu və Göyçay rayonlarını birləşdirən Göyçay çayı üzərindəki körpünün bərpası haqqında sərəncam imzalayıb. Sərəncamla prezidentin ehtiyat fondundan «Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyinə 3.5 milyon manat ayrılıb.

Xatırlatma

İyunun 2-də axşam saatlarında Göyçay çayına gələn sel avtomobil körpüsünü dağıdıb.

Nəticədə Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Sürücülər alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.

Sel, üstəlik, çay üzərindəki piyada körpüsünü də uçurub. Bununla da şəhərin bir hissəsinin, həmçinin 30-dan çox kəndin rayon mərkəzi ilə birbaşa nəqliyyat əlaqəsi kəsilib. Rayonun bir çox kəndlərinə də ziyan dəydiyi bildirilir.

Rayon rəhbərliyinin bildirməsinə görə, əhali hazırda alternativ yollardan istifadə edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG