Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 21:02

Zabivaka-nın oxşarını hazırladı, polisə yaxalandı


Dərzinin hazırladığı kostyumlar

Rusiyalı Irina Zingarova illər boyu müxtəlif kostyumlar hazırlayıb. Ancaq futbol üzrə dünya kubokunun talismanı Zabivaka-nı xatırladan kostyum hazırlayınca polis onu saxlayıb.

Zingarova-ya böyük məbləğdə cərimə, ya da həbs cəzası kəsilə bilər. O, ticarət markası qanunlarını pozmaqda suçlanır. Ondan üç dənə Zabivaka-ya oxşar kostyum hazırlamaq xahiş olunub. Sonradan bu xahişin polisdən gəldiyi üzə çıxıb.

Alnında günlük olan canavarın surətini çıxarmağı FIFA yasaqlayıb. Dərzi qadın Rusiya Cinayət Məcəlləsinə görə iki illik həbsə məhkum edilə bilər.

4 MİN 800 DOLLARA QƏDƏR CƏRİMƏ

Zingarova isə polisin ona tələ qurduğunu, sosial media üzərindən sifariş verdiyini deyir. O, ilk sifarişini yanvarda alıb.

Sərt tələb qoymadılar. Hansısa loqonun salınmasını da istəmədilər. Sadəcə, canavar qəşəng olmalı idi”, – Zingarova AzadlıqRadiosu-nun tatar-başqır xidmətinə deyib.

“Biz də bunu elədik, müştərilər də nəticədən razı qaldılar. Videosunu çəkib vebsaytımızda yerləşdirdik. Yeni sifarişlər üçün deyil, sadəcə, göstərmək istəyirdik”.

Irina Zingarova
Irina Zingarova

Bundan sonra VKontakte sosial şəbəkəsi vasitəsilə bir alıcı onunla əlaqə saxlayıb, özünü Eldar Gaynullin kimi təqdim edib, onun üçün bir neçə Zabivaka hazırlamasını istəyib.

Üç fiqur üçün 70 min rubla, ya da 1130 dollara razılaşıblar. “Aprelin 8-də gəldi, məhsulun mayın 9-na hazır olmasına razılaşdıq. Eynən Zabivaka-ya oxşamasını istədi, dedim buna təminat verə bilmərəm”, – deyən Irina Zingarova indi 1600-4800 dollarlıq cərimə, yaxud iki illik həbs cəzasıyla üz-üzədir.

DEYİB, İCAZƏ VAR

Zingarova deyir ki, Gaynullin ondan məhsulun Zabivaka-ya dəqiqliklə oxşamasıın istəyib, deyib ki, ticarət markası icazəsini alıb.

Mayın 8-də isə Gaynullin Kazan şəhərinə gələrək məhsulu götürəndə “sürücü”yə zəng vurub və özünü polis kimi təqdim edən beş nəfər peyda olub. Zingarova onların hansısa banda üzvləri olduğunu düşünərək polisə zəng də vurub.

Polis olduqları aydınlaşınca vəkilə zəng vurmaq istəyəndə polis onun telefonunu əlindən alıb. Zingarova polislə əlbəyaxa olduğunu, xəsarət aldığını deyir.

İyunun 4-də polisə çağırılan dərzi qadına Rusiya Cinayət Məcəlləsini pozduğunu bildiriblər.

Polisin bildirməsinə görə, Zingarova özü soruşub ki, maskotda hər hansı loqo olsunmu.

Hazırladıqlarını isə Moskvaya aparıblar ki, Zabivaka-ya nə dərəcədə oxşamasının hüquqi dəyərləndirilməsi aparılsın.

Zingarova deyir ki, polis onu aldatmaq yanaşı, dəlil kimi ortaya qoyulan videoda bir hissə kəsilib, orada qadın ticarət markasının icazəsi olub-olmadığını soruşur.

Günün bütün mövzuları

XS
SM
MD
LG