Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:33

İran itkilərinin əvəzini doldurmağa çağırır


Javad Zarif
Javad Zarif

İranın baş diplomatı 2015-ci il nüvə sazişinə sadiq qalan dövlətləri ABŞ-ın “qorxutma taktikası”nı önləməyə, Vaşinqtonun sazişdən çıxmasının yaratdığı iqtisadi itkiləri kompensasiya etməyə çağırıb.

Xarici işlər naziri Javad Zarif iyunun 7-də Twitter-də məktub yayıb. Onun sözlərinə görə, sazişin “yaşaması” üçün onu imzalayan ölkələr və digər iqtisadi tərəfdaşlar İranın itkisinin əvəzini doldurmalıdırlar. ABŞ mayın 8-də nüvə sazişindən çıxdığını, İrana sanksiyaların bərpa olunacağını bildirib.

İLƏ 10 MİLYARD DOLLAR İTKİ

Zarif yazır ki, Tehran İran xalqının qazancının necə təmin olunacağını müəyyənləşdirməyə çalışır.

İran və ABŞ banknotları
İran və ABŞ banknotları

Onun deməsinə görə, mümkün yollar tükənəndən sonra, “xalqımızın hüquqları və qazancı kompensasiya olunmasa, uyğun addım atmaq İranın sualsız hüququdur”.

Son günlər iri şirkətlər Birləşmiş Ştatların sanksiyaları ilə üzləşməkdənsə, İranda qurduqları biznesi dayandıracaqlarını bildiriblər.

Total, Renault, Reliance, Allianz, DZ Bank, Danske Bank, BCP, Maersk və KBC bu şirkətlər sırasındır.

Təhlilçilərin hesablamasına görə, İran həmin şirkətlərin layihələri dayandırmasından milyardlarla dollar itirə bilər. Təkcə İran neftinin bazarlara çıxışının məhdudlaşdırılması ildə 10 milyard dollarlıq itki deməkdir.

Mayın 23-də yazılmış məktubda Zarif bütün ölkələri Vaşinqtonun “qorxutma taktikası”na dirəniş göstərməyə çağırır.

Zarif ABŞ-ın dövlət katibi Mike Pompeo-nun İran qarşısında qoyduğu tələb siyahısının “beynəlxalq hüquqa zidd” olduğunu, “dünyada nüvə silahlarının yayılmamasına təhlükə yaratdığını” qeyd edib.

Pompeo-nun şərtləri sırasında İranın Suriyadan çıxması, ballistik raket hazırlama fəaliyyətinə son qoyması vardı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG