Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 09:11

Bolqarıstan Rusiyayla nüvə layihəsini bərpa edir


Arxiv fotosu

Bolqarıstan parlamenti Belene nüvə enerjisi zavodu layihəsinin bərpası planını təsdiqləyib. Rusiyayla bu layihə beş il öncə maliyyə problemləri və Rusiya enerjisindən asılılıqla bağlı narahatlıq səbəbindən dayandırılmışdı.

İyunun 7-də parlament 172-14 səs fərqiylə baş nazir Boyko Borisov-un təklifini təsdiqləyib. Oktyabrın sonunadək Danub çayı üzərində zavodun tikintisinin bərpası üzrə plan hazırlanmalıdır.

Hökumət 2012-ci ildə Birləşmiş Ştatlar və Avropa Birliyinin təzyiqi altında layihəyə moratorium qoyub. O zamanadək Bolqarıstan zavodun tikintisinə 1,8 milyard dollara yaxın vəsait xərcləmişdi.

Bolqarıstan Rusiyanın Atomstroyexport şirkətilə birgə layihəni də ertələmişdi, çünki şirkət layihəyə xarici investor tapa bilmirdi. Layihənin cəmi 11,8 milyard dollara başa gələcəyi proqnozlaşdırılır.

Layihənin ertələnməsi Rusiya tərəfi qəzəbləndirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG