Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:21

İspaniyada əsasən qadınlardan ibarət hökumət təsdiqlənib


Pedro Sánchez Pérez-Castejón

İspaniya kralı VI Felipe qadınların üstünlük təşkil etdiyi hökuməti təsdiqləyib. Indi İspaniya nazir postunda olan qadınların sayına görə Avropada öncül yerdədir.

İyunun 7-də kral sosialist baş nazir Pedro Sanchez-in təqdim etdiyi hökuməti qəbul edib. Baş nazir hökumətdəki 17 nazir yerindən 11-nə qadınların namizədliyini verib.

İsveçdə də hökumət əsasən qadınlardan ibarətdir, 12 qadın, 11 kişi naziri var.

Sanchez-in avropapərəst administrasiyası 350 yerlik konqresdə cəmi 84 mandata malikdir.

46 yaşlı Sanchez iyunun 1-də parlamentin etimadsızlıq səsverməsindən sonra mühafizəkar baş nazir Mariano Rajoy-un yerinə keçib.

Keçmiş mədəniyyət naziri Carmen Calvo baş nazirin müavini təyin olunub, bərabərlik məsələlərinə cavabdehdir.

Onun deməsinə görə, hökumət “ən böyük bərabərlik olan qadın- kişi bərabərliyini” təmin edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG