Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:49

Ukraynada deputatlar maliyyə nazirini vəzifədən kənarlaşdırıb


Volodymyr Hroysman

Ukraynada deputatlar maliyyə naziri Oleksandr Danylyuk-un vəzifədən kənarlaşdırılmasına səs veriblər. Bundan öncə o, baş nazirlə açıq söz savaşına girişmişdi.

İyunun 7-də 450 yerlik parlamentdə 254 deputat baş nazir Volodymyr Hroysman-ın Danylyuk-un vəzifədən kənarlaşdırılması haqda təqdim etdiyi sənədi dəstəkləyib.

Maliyyə naziri islahatçı kimi tanınırdı və Beynəlxalq Valyuta Fondu onu dəstəkləyirdi.

Bu addımdan öncə isə parlament antikorrupsiya məhkəməsi haqqında qanunu qəbul edib. Bu məhkəmənin yaradılması BVF-nin tələblərindən biri idi.

İyunun 6-da Hroysman Danylyuk-un “beynəlxalq tərəfdaşlarımız arasında təhrif olunmuş informasiya” yaymaqda ittiham edib.

Danylyuk isə iddia edir ki, ona “siyasi korrupsiyanı” dəstəkləmək, ya da vəzifədən getmək təklif olunub.

Hroysman mayın 23-də Danylyuk-un vergi siyasəti üzrə baş nazirin müavini vəzifəsinə namizədliyini rədd etmişdi. O vaxtdan iki dövlət rəsmisinin arası pozulub.

Danylyuk onda Hroysman-ı prezident Petro Poroshenko-nun yaxın ətrafından seçilmiş namizədləri dəstəkləməkdə suçlamışdı və Böyük Yeddiliyə (G7) məktub yazaraq şikayətlənmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG