Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 14:05

Ukraynada antikorrupsiya məhkəməsi qanunu qəbul olunub


Petro Poroshenko parlamentdə

Ukrayna parlamenti çoxdan gözlənən antikorrupsiya məhkəməsi barədə qanunu qəbul edib. Bu, Beynəlxalq Valyuta Fondunun ölkəyə kredit ayırmaq üçün əsas şərtlərindən biriydi.

İyunun 7-də səsvermənin nəticələri elan olunandan sonra Verkhovna Radada deputatlar ayağa qalxaraq əl çalıblar.

“Bu gün antikorrupsiya infrastrukturunun formalaşdırılmasını tamamladıq. Ukrayna hakimiyyətinin korrupsiyayla mübarizədə qəti mövqedə olduğunu vurğulamaq istəyirəm”, – Ukrayna prezidenti Petro Poroshenko səsvermədən sonra tvitində yazıb.

2014-cü ildə ukraynalıların küçələrə çıxaraq moskvapərəst rejimi devirməsinin əsas səbəblərindən biri də korrupsiya idi. Poroshenko-nun vədlərinə baxmayaraq, korrupsiya ölkədə böyük problem olaraq qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG