Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:21

İsveçdə beş nəfəri öldürmüş özbək ömürlük həbsə məhkum edildi


Rakhmat Akilov

İsveç məhkəməsi özbəkistanlı Rakhmat Akilov-a ömürlük həbs cəzası kəsib. O, ötən il Stokholmda yük maşınını piyadaların üzərinə sürərək beş nəfərin ölümünə səbəb olmuşdu.

Rakhmat Akilov bir neçə maddə üzrə təqsirli bilinib.

O, ötən ilin aprelində yük maşınını İsveç paytaxtında səkiyə sürdüyünü boynuna alıb. Hücumda 10 nəfər xəsarət almışdı.

Təxminən üç ay çəkən məhkəmədə 100-dən çox adam ifadə verib.

40 yaşlı Akilov-un sığınacaq üçün etdiyi müraciətə cavab verilmişdi.

O, fevralda məhkəmə başlanarkən etiraf etdi ki, məqsədi İsveçi İslam Dövləti (İŞİD) ekstremist qruplaşmasıyla mübarizəyə son qoymağa məcbur etmək olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG