Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 08:03

Ghani Talibanla atəşkəs elan edir


Ashraf Ghani (solda) və Taliban

Əfqanıstan prezidenti Ashraf Ghani Ramazan ayına görə Taliban silahlı qruplaşması ilə müvəqqəti atəşkəs elan edib. Ancaq qruplaşmanın buna razılaşıb-razılaşmaması hələlik, bəlli deyil.

Ghani iyunun 7-də yaydığı videomüraciətdə atəşkəsin iyunun 11-dən 15-dək davam edəcəyini bildirib. Ramazan ayında Əfqanıstanda yaraqlı hücumlarında səngimə müşahidə olunmur.

Prezidentin sözlərinə görə, Əfqanıstanın təhlükəsizlik qüvvələri Taliban yaraqlılarına qarşı “hücumları dayandıracaq”, ancaq İslam Dövləti (İŞİD), Al-Qaeda ekstremist qruplaşmaları, eləcə də digər beynəlxalq terror qruplarını hədəfə alan əməliyyatlar davam edəcək.

FÜRSƏT

Ghani Twitter-də yazıb ki, bu atəşkəs Talibana zorakı kampaniyasının ona rəğbət qazandırmadığını anlamaq fürsəti verə bilər.

Talibanın sözçüsü Zabihullah Mujahed məsələni AzadlıqRadiosu-na şərh etməyib.

Arxiv fotosu
Arxiv fotosu

Bir neçə gün öncə Kabildə ruhanilərin toplantısında intiharçı hücumların şəriətlə “haram” olması barədə fətva verilib.

İyunun 4-də bir araya gəlmiş Əfqanıstanın Üləma Şurası həm hökumət qüvvələrini, həm də Taliban və digər yaraqlıları atəşkəsə razılaşmağa çağırmışdı.

Ancaq elə toplantının keçirildiyi binanın qarşısında intiharçı hücumu törədilmiş, azı 7 nəfər öldürülmüşdü.

Hücuma görə məsuliyyəti İŞİD-in yerli qanadı üzərinə götürüb.

2014-cü ildə NATO qüvvələrinin çoxu Əfqanıstandan çıxarılıb. Bundan sonra Kabil hökuməti Qərbin dəstəyi ilə Taliban və digər yaraqlı qruplarla mübarizə aparmaqdadır.

Taliban apreldə yaz hücumları mövsümünü açıq elan edib.

Ghani fevralda Talibana təklif edirdi ki, siyasi partiya kimi təsis olunsun. O, qruplaşmanın hökumətlə sülh danışıqlara razılaşacağı halda ona digər güzəştlər də təklif edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG