Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:25

Qırğızıstan paytaxtı Bişkekdə 1500-dək tələbə və başqa gənclər qız qaçırtmaq kimi qanunsuz əmələ son qoyulmasını tələb edirlər.

Bu məsələ son günlər xüsusilə diqqət mərkəzindədir. 20 yaşlı bir qızı bir nəfər nikaha məcbur etmək məqsədilə qaçırmış, sonra qəddarlıqla öldürmüşdü.

Burulai Turdaaly Kyzy mayın 27-də polis məntəqəsində bıçaqla öldürülüb. Polis onu və qaçıranı otaqda baş-başa buraxınca bu hadisə baş verib.

Həmin insidentə görə bir sıra yüksəkçinli polis rəsmisi işdən çıxarılıb, bəzilərinin vəzifəsi kiçildilib, yaxud töhmət alıb.

Qırğızıstanda qız qaçırmaq qanunsuz sayılır, deputatlar 2012-ci ildə buna görə cəzanı 3 ildən 10 ilə qaldırıblar. Ancaq bu əmələ görə nadir hallarda kimlərsə mühakimə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG