Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:22

Bağdadda partlayışda azı 16 nəfər öldürülüb


Bağdad, arxiv fotosu

İraqın paytaxtı Bağdadın Sadr Siti rayonunda silah deposu partladılıb, azı 16 nəfər ölüb, onlarla adam yaralanıb. Partlayış iyunun 6-da axşam törədilib.

Polis rəsmiləri partlayışın silahlı qruplaşmaya məxsus ağır silahlarla törədildiyini bildiriblər.

90-dək adamın xəsarət aldığı xəbər verilir.

Tibb işçiləri qurbanlar arasında qadınların və uşaqların olduğunu təsdiqləyir.

Partlayış şiə məscidi yaxınlığında baş verib.

Sadr Siti populist şiə ruhanisi Muqtada al-Sadr-ın əsas dayaq nöqtəsi sayılır.

12 may parlament seçkisində Sadr-ın tərəfdarları yerlərin çoxunu qazanıb. Parlament seçki saxtakarlığı iddialarına cavab olaraq iyunun 6-da səslərin yenidən sayılmasına qərar verib

Günün bütün mövzuları

XS
SM
MD
LG