Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 21:21

Putin: Qərb Rusiyanı cilovlamaq istəyir


Vladimir Putin

Putin bildirib ki, beynəlxalq sanksiyalar və tənqidin məqsədi Rusiyanı cilovlamaqdır, qərb Moskvanı “hədə” və rəqib kimi görür.

Putin həmişəki kimi Birləşmiş Ştatları və digər Qərb ölkələrini ittiham edib, deyib ki, Moskvaya qoyulan sanksiyaların səbəbi Rusiyanın güclənməsindən onların xudpəsənd narahatlığıdır. Qeyd edək ki, sanksiyalar Moskvanın Ukraynaya müdaxiləsi, digər ölkələrdəki əməllərinə görə tətbiq olunub.

“Rusiyaya sonsuz ittihamların niyyəti Rusiyanı və onun inkişafını cilovlamaqdır. Onları Rusiyanı təhdid kimi, rəqib kimi görürlər”, – Putin deyib.

“Hər bir ölkənin öz maraqlarının, iqtisadi maraqlarının olduğunu anlayıram, ancaq bu maraqlar eqoistcəsinə təmin olunmamalıdır. Aydındır ki, Rusiya həm iqtisadiyyat, həm də müdafiə sahəsində maraqlarının müdafiəsini davam etdirəcək”, – prezident əlavə edib.

Sual-cavab sessiyası
Sual-cavab sessiyası

***

Vladimir Puin ölkə iqtisadiyyatı barədə nikbin danışıb, deyib ki, ikiillik böhrandan çıxandan sonra “düzgün istiqamətdə irəliləyirik”, amma “yetərincə problemlər də var”.

“Sabit iqtisadi artımla irəliləyirik. Böyük artım deyil, amma azalma da getmir”, – Putin deyib. Qeyd edək ki, Rusiya Mərkəzi Bankı bu il ölkədə 1,5 faizdən 2 faizədək artım proqnozlaşdırıb.

Putin deyib ki, Rusiyada ÜDM artımına, xərcləmələrin daha ağıllı aparılacağına, effektiv vergiqoymaya ümid edir.

İlkin dəyərləndirməmizə əsasən, gələn altı il ərzində 17 milyard rubl xərcləyə bilərik. Ancaq müzakirə etdiyimiz hədəflərə çatmaqdan ötrü bizə əlavə 8 trilyon rubl lazımdır. Onu hardan tapıb çıxaracağımız bəllidir”, – o deyib.

Birincisi iqtisadiyyatın artımıdır ki, bu, əlavə resursların əsas mənbəyidir. Digər yollar mövcud resurslardan daha səmərəli istifadə, makro-iqtisadi planlarımıza bəzi mənalarda dəyişiklik və əlbəttə ki, vergi siyasətimizdə dəyişikliklərdir”, – Putin deyib.

Putin sualları cavablandırır
Putin sualları cavablandırır

Prezident hökumətdə böyük dəyişikliklərə getməmək qərarını müdafiə edib, deyib ki, hökuməti “təmizləməklə” dəyərli vaxtını itirmiş olardı. O, hökumətin hazırkı tərkibini “optimal” adlandırıb.

Prezidentə ilk sualı yük maşını sürücüsü verib, benzinin bahalanmasından narazılığını bildirib. Putin durumu “qəbuledilməz” adlandırıb. O, enerji naziri Aleksandr Novak və baş nazirin müavini Dmitry Kozak-a birbaşa efirdə tapşırıb ki, hökumət qiymət artımını tənzimləməkdən ötrü addımlar atsın.

***

Artıq Vladimir Putin əhalinin suallarını cavablandırmağa başlayıb. Suallar əsasən, benzinin bahalanması, xərçənglə mübarizə, əlillərin işə düzəlməsində güzəştlər, gənc ailələr üçün ipoteka, pensiya islahatlarının perspektivləri ilə bağlıdır.

Rusiyalıları Vladimir Putin-in ABŞ prezidenti Donald Trump-la görüş planları, Ukraynada jurnalist Arkady Babchenko-nun ölümünün “quraşdırılması”, qubernatorların istefası, Rusiya yığmasının dünya çempionatında iştirakından gözləntiləri də maraqlandırır.

İvanovo sakini Putin-ə qulaq asmağa hazırlaşır
İvanovo sakini Putin-ə qulaq asmağa hazırlaşır

Bu il Putinə Ulyanovsk vilayətindəki çoxuşaqlı ailələrdən müraciətlər gəlib. Onlar səsləndirdikləri çastuşkada przidentə xatırladırlar ki, vədlərinə inanaraq ona səs veriblər və artıq borcunu qaytarmaq vaxtıdır.

Tuvada isə polis valideynsiz uşaqların prezidentə videomüraciət göndərməsini əngəlləyib. Fəallar Putin-ə suallar dolu rolik göndərmək, mənzillə təminatda üzləşdikləri problemlərdən söz açmaq istəyiblər.

Kazan sakinlərinin videomüraciəti
Kazan sakinlərinin videomüraciəti

Novosibirskin meri Anatoliy Lokot prezidentdən xahiş edib ki, şəhərdə metro tikintisini başa çatdırmaq üçün pul ayırsın.

***

İyunun 7-də Rusiya prezidenti Vladimir Putin bütün ölkə ərazisindən əhalinin suallarını və şikayətlərini dinləyəcək. O, hər il bir neçə belə tədbir keçirməklə imicini yaxşılaşdırmağa çalışır.

“Birbaşa Xətt” şousu Putin-in dördüncü dəfə prezident andı içməsindən düz bir il sonraya təsadüf edir. Tənqidçilər seçkinin saxtakarlıqla keçdiyini, beynəlxalq müşahidəçilər isə seçicilərə real seçim verilmədiyini deyirlər.

Artıq prezidentə 1,3 milyon sual təqdim olunub. Ancaq Putin adətən, seçilmiş sualları cavablandırır və daxili və xarici siyasət məsələləri üzrə konkret siqnallar verir.

BEYNƏLXALQ MƏSƏLƏLƏRDƏN DƏ DANIŞACAQ

“Vladimir Putin-lə söhbət”in yerli vaxtla günorta 12-də başlayacağı gözlənir. Ötən illər bu sual-cavab sessiyası 4 saatadək çəkib.

Ötənilki sessiya zamanı
Ötənilki sessiya zamanı

“Birbaşa xətt”i dörd dövlət televiziyası və üç radiostansiya canlı yayımlayacaq.

Təşkilatçılar sualları mayın 27-dən qəbul etməyə başlayıblar və şou bitənəcən telefonlar, İnternet və mesaj xətləri açıq qalacaq.

Bu, 65 yaşlı Putin-in artıq 16-cı sual-cavab sessiyasıdır. O, 1999-cu ildən hakimiyyətdədir, ənənənin əsasını isə 2001-ci ildə qoyub. 2004 və 2012-ci illərdə sual-cavab olmayıb.

Putin bundan başqa hər il ənənəvi mətbuat konfransı keçirir və illik çıxışını edir.

Ancaq “Birbaşa xətt” Putin-ə özünü lider kimi ölkədə hər şeyi nəzarət saxladığını göstərmək fürsəti verir. Ötən illərdə o, yerlərdən qaldırılan xeyli sayda problemi yoluna qoymağı vəd edib.

Putin bugünkü tədbirdə beynəlxalq məsələləri, Rusiyanın qərblə münasibətlərini də şərh edəcək.

Bu arada Qərblə münasibətlərdə bir sıra məsələlərdən dolayı gərginlik yaşanır – Rusiyanın Ukraynaya müdaxiləsi, Suriya müharibəsində rolu, İngiltərədə keçmiş casusun zəhərlənməsində Qərbin onu ittiham etməsi bu gərginliyi yaradan səbəblər sırasındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG