Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:35

Jeenbekov Çinə ilk rəsmi səfərini edir


Sooronbai Jeenbekov (ortada) çinli həmkarına qulaq asır, 6 iyun, 2018-ci il

Qırğızıstan prezidenti Sooronbai Jeenbekov Çinə ilk rəsmi səfərə gedib. O, ötən noyabrdan prezident postundadır.

Jeenbekov iyunun 6-da çinli həmkarı Xi Jinping-lə görüşəcək, iki ölkə arasında siyasi, ticari və iqtisadi əməkdaşlıq daxil olmaqla ikitərəfli münasibətləri müzakirə edəcək.

Çin rəsmilərinin ötən həftə deməsinə görə, Rusiya, Qazaxıstan və İran prezidentləri də bu həftə Pekinə səfər edəcəklər. Onlar iyunun 9-10-da Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəklər.

ŞƏT 2000-ci illərin əvvəllərində Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən yaradılıb. Hindistanla Pakistan 2017-ci ildə quruma qoşulub. İran da üzv olmaq istədiyini dilə gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG