Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 09:11

Külək, dolu gözlənir


Yağış

İyunun 7-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, axşama doğru arabir güclənəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 17-19, gündüz 27-32, Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacaq.

İyunun 7-də habelə, gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi vurğulanır. Gecə 17-22, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təxmin edilir.

Xəbərdarlıq

Milli Hidrometeorologiya Departamenti xəbərdar edir ki, Bakı və Abşeron yarımadasında iyunun 7-si axşamdan 9-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənir. İyunun 9-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturunun da ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcəyi qeyd edilir.

İyunun 7-si gündüz şimal və qərb rayonlarından başlayaraq Azərbaycanın bəzi rayonlarında da hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı vurğulanır. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimal edilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcəyi, çaylarda sululuğun artacağı bildirilir. Qeyri-sabit hava şəraitinin iyunun 11-dək davam edəcəyi vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG